Azər 90 dəqiqə oynadı, Kamran ehtiyatda qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu turda azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandasını – “Tambov”u qəbul edib.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Ximki” “Tambov”a 1:0 hesabıyla qalib gəlib.

Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Azər isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ximki” bu qələbədən sonra 38 xalla 8-ci pillədə qərarlaşıb. “Tambov” isə 25 oyunda cəmi 13 xal toplayıb və 16 iştirakçı arasında sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right