"Bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır"

"Son zamanlarda özümüzə inam artdığı üçün yaxşı nəticələr əldə etdik. "Real"la oyun bizim üçün çox vacibdir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın XXX turunda "Real"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

El Klasiko bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 58 yaşlı mütəxəssis hər iki komandanın çempionluq uğrunda mübarizə apardığını bildirib:

"Ümid edirəm ki, Lionel Messi yenidən həlledici rol oynayacaq. Bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır. Hər şeyi mükəmməl şəkildə etməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right