Bu gün "El-Klassiko" var

Bu gün dünya futbolsevərlərinin diqqəti İspaniya La Liqasına yönələcək.

Newsport.az-ın məlumatına görə, çempionatda mövsümün növbəti "El-Klassiko"su keçiriləcək- 30-cu turda "Real" doğma meydanda əzəli rəqibi "Barselona"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qarşılaşma hər iki komanda üçün turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidir. Belə ki, lider "Atletiko"dan cəmi 1 xal geri qalan Kataloniya klubunun birinciliyi ələ keçirmək şansı var. 3-cü yerdə olan Madrid təmsilçisi isə rəqibinə qalib gələrsə, 2-ci yerə yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right