“Barselona” futbolçusu Usman Dembele ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu ilə 23 yaşlı hücumçu arasında razılıq əldə olunub. Onların 2025-ci ilədək sözləşmə imzalayacağı gözlənilir. Hazırda müqavilənin bir neçə detalı üzərində işlənilir. Futbolçunun indiki sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Daha əvvəl bildirilmişdi ki, tərəflər anlaşa bilməsə, klub fransalı oyunçunu elə bu yay satacaq.
Qeyd edək ki, Dembele bu mövsüm 36 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.