Haalanddan avtoqraf alan hakim cəzalandı

“Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haalanddan avtoqraf  alan yan xətt hakimi Oktavian Şövre Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi tərəfindən cəzalandırılıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu öz Tvitter səhifəsində yazıb.

O, Şovrenin 2020/2021 mövsümünün sonunadək yerli çempionatdakı oyunlara təyinat almayacağını bildirib.

Xatırladaq ki, Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında keçirilən "Mançester Siti" – “Borussiya” (Dortmund) matçından sonra qonaqların futbolçusu Erlinq Haalanddan avtoqraf alıb. O, bununla bağlı verdiyi açıqlamada həmin avtoqrafın auksonda satılacağını və məbləğin autizm xəstələrinin müalicəsinə sərf oluncağını bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right