“Real” - “Barselona” matçının baş hakimi dəyişdi

İspaniya La Liqasının 30-cu turu çərçivəsində sabah keçiriləcək “Real” – “Barselona” matçının baş hakimi dəyişib.
 
Newsport.az xəbər verir ki, “el klasiko”nu Antonio Mate Laos deyil, Xesus Gil Mansano idarə edəcək.
 
Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Daha əvvəl görüşün baş hakimi təyin olunan Laos zədə səbəbindən matçı idarə edə bilməyəcək.
 
Sabah keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right