Mirça Rednik istefaya göndərildi

Rumıniyanın “Vitorul” klubu baş məşqçisi Mirça Redniki istefaya göndərib.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Ötən ilin dekabrında Konstanta təmsilçisinə baş məşqçi təyin edilən Redniklə 2.5 illik müqavilə imzalanmışdı.
 
George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsümdür çempionluq uğrunda yarışan ilk “6-lıq”dan kənarda qalıb.
 
Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right