Sulşerdən qələbə şərhi

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer Avropa Liqasının 1/4 final mərhələsində "Qranada"ya qalib gəldikləri matç (2:0) haqqında fikirlərini bölüşüb.

Newsport.az BBC-yə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis görüşdən sonra bunları deyib:

"Oyun ideal olmadı. Üç sarı vərəqəmiz, cəzalımız var. 2-0 çox yaxşı nəticədir və İspaniyada oynamağın da nə qədər çətin olduğunu bilirik. Burada nəticə əldə etmək üçün həqiqətən yaxşı mübarizə aparmalısan. Markus Reşford və Bruno Fernandeş bizim üçün çox vacib olan müstəsna futbolçulardır. Hər qarşılaşmada qalib gəlmək istəyirik. Komandamız hələ gəncdir, öyrənir. Daim böyüməlisən. İstirahət etsəniz, rəqibləriniz sizi tez bir zamanda keçəcək. Buna görə də çalışmaq lazımdır".

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 15-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right