"Arsenal"ın baş məşqçisi Mikel Arteta Avropa Liqasının 1/4 final mərhələsində "Slaviya" ilə heç-heçə etdikləri matç (1:1) haqqında danışıb.
Newsport.az BBC-yə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis oyundan sonra bunları deyib:
"Oyun nəzarətimiz altında idi. Ümid etdiyimiz qolu vurduq. Amma əla şansları da əldən verdik. Bir neçə dəfə səhv edik. Rəqib cərimə meydançasına mümkün qədər çox oyunçu göndərdi və bəzən onlar zərbə vurmaq üçün şərait tapdılar. Oyundan sonra hisslər tamamilə başqa cürdür. "Slaviya" güclü komandaları məğlub edən yaxşı bir rəqibdir. Ona qarşı mübarizə aparmaq çətindir. Növbəti oyunda mütləq qalib gəlməliyik. Buna görə də qol vurmaq lazımdır".
Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 15-də keçiriləcək.