Hakim Haalanddan niyə avtoqraf alıb?

Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” – “Borussiya”  (Dortmund) matçından (2:1) sonra köməkçi hakim Oktavian Şövrenin Erlinq Haalanddan avtoqraf almasının səbəbi məlum olub.

Newsport.az-ın məlumatına görə, bu barədə məşhur idman jurnalisti Emanuel Roxu məlumat yayıb.

Məsələ onadadır ki, hakim 20 yaşlı hücumçudan aldığı avtoqrafı hərraca qoyub. Əldə edilən gəlir isə autizm xəstələrinə xərclənəcək. Məhz bu səbəbdən rumıniyalı hakimin tənqidlərə səbəb olan addım atdığı bildirilir.

Şövre “Barselona”nın kapitanı Lionel Messinin xeyirxah addımlara dəstək verdiyini də bildirib. Argentinalı hücumçu oyunların birindən sonra Şövre üçün 9 avtoqraf verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right