Laporta Messi üçün danışıqlara başlamayıb

“Barselona”nın müqaviləsi mövsümün sonunda başa çatacaq kapitanı Lionel Messinin klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yeni prezidenti Joan Laporta 33 yaşlı hücumçunun meneceri ilə sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamayıb. Lakin klub rəhbərliyi Messi üçün yeni müqavilənin üzərində işlədiyi vurğulanıb. Bildirilib ki, Laporta  tələsmək və yerinə yetirə bilməyəcəyi vədlər vermək istəmir.

Həmçinin xəbərdə o da qeyd olunub ki, “Mançester Siti” və PSJ argentinalı oyunçunu transfer etmək fikrində israrlıdırlar. “Şəhərlilər” Messi “Barselona”da qalmaq istəməyəcəyi təqdirdə, ona təklif göndərməyə hazırdırlar. PSJ də eyni niyyətdə olsa da, klubun hazırda əsas hədəfi Kilian Mbappe və Neymarla müqavilənin müddətini uzatmaqdır.

Messi isə mövcud vəziyyətə sakit yanaşır. Futbolçu fikrini qarşıdakı matçlara cəmləyir. O, La Liqanın və İspaniya kubokunun qalibi olmaq istəyir.

Qeyd edək ki, Messi bu mövsüm ölkə çempionatında 27 matçda 23 qol vurub və 8 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right