"Bavariya"nın futbolçusu Jerom Boatenqin bu mövsümün sonu klubdan ayrılacağı dəqiqləşib.
Newsport.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziç məlumat verib: “Bu qərarı "Bavariya" rəhbərliyi komandanın baş məşqçisi ilə birlikdə verdi. Vəziyyəti Jeroma izah etdim, hər şeyə anlayışla yanaşdı".
Qeyd edək ki, Boatenqin "Bavariya" ilə müqaviləsi bu yay başa çatır.