“Messiyə görə çox əziyyət çəkmişik”

Aprelin 10-da dünya futbolunun bəzəyi hesab olunan matçlardan biri – “Real” Madridlə “Barselona”nın görüşü keçiriləcək.

Newsport.az xəbər verir ki, La Liqanın 30-cu turu çərçivəsindəki “El Klassiko” Bakı ilə saat 23.00-da başlanacaq. Hazırda hər iki komanda turnir cədvəlində “qonşudur” – hərəyə 29 oyundan sonra “Barselona” 65 xalla ikinci, “Real” 63 xalla 3-cü yeri tutur. Lider “Atletiko” Madridin isə 66 xalı var.

Madriddə keçiriləcək oyun öncəsi “Real”ın kapitanı Serxio Ramos “Marca” nəşrinə müsahibə verib. 35 yaşlı müdafiəçi komandasının bəzi uğursuzluqlarından da danışıb və bu zaman səbəbkar kimi Lionel Messinin adını çəkib.

“Bütün bu illər ərzində biz Messiyə görə çox əziyyət çəkmişik. Bəlkə də o, “Barselona”nın heyətində olmasaydı, daha çox titul qazanardıq. Elə dövrlər oldu ki, biz tarixin ən yaxşı “Barselona”sı ilə qarşılaşdıq. Biz hətta Joze Mourinyo kimi böyük məşqçinin rəhbərliyi altında onlara qalib gələ bilmirdik.

Onların uğurunun bizə çox təzyiqi olurdu. Ona görə də nəticələrimiz azarkeşlərimizin gözlədiyinin əksinə idi” – deyə Ramos bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right