"PSJ faktiki olaraq heç bir şans olmadan üç qol vurdu. Bu matçda yaxşı bir nəticə əldə edə bilərdik, amma tətbiqetmə ən yaxşı səviyyədə deyildi. Ancaq performansımızdan və oyunumuzun keyfiyyətindən razıyam".Newsport.az xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 finalında PSJ-yə 2:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
"Bavariya" 90 dəqiqə mübarizə aparır. Bu, bizi digərlərindən fərqləndirən keyfiyyətdir. Meydana girə bilən oyunçular getdikcə daha az olur, amma vəziyyətdən maksimum dərəcədə istifadə edirik. Əlbəttə ki, kimsə kədərlənib, amma bu enerjini PSJ-yə qarşı cavab oyununa yönəldəcəyik" - deyə, o bildirib.
Alman mütəxəssis məğlub olmağı sevmədiyini söyləyib: "Şanslarımız çox idi, təsirli futbol oynayırdıq. Məğlub olmağı sevmirəm. PSJ ilə oyunumuzu qiymətləndirsək , Parisdə bir cavab görüşündən müsbət nəticə gözləmək olar".