Millidə oynamaq istəyirdi, FİFA icazə vermədi

FİFA “Vulverhempton”un müdafiəçisi Maks Kilmanın Ukrayna millisində oynamasına icazə verməyib.

Newsport.az xəbər verir ki, bu haqda Ukrayna mediası məlumat yayıb. Ölkə Futbol Federasiyasının 23 yaşlı futbolçunu milliləşdirməklə bağlı müraciəti mənfi cavablandırılıb. Qeyd edilib ki, Maks Kilman İngiltərənin futzal üzrə milli komandasında 8 rəsmi matç keçirib. Bu isə onun Ukrayna millisində oynamasına hüquqi imkan vermir.

Qeyd edək ki, Maks Kilmanın atası Aleksandr Moskvada, anası Mariya isə Kiyevdə doğulub. Hazırkı mövsümdə o, Premyer Liqada 15 matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right