"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın 29-cu turunda "Valyadolid"lə matçda (1:0) baş hakim Xayme Latrenin işindən narazı qalıb.
Newsport.az xəbər verir ki, sözügedən görüşdə argentinalı hücumçu və komanda yoldaşı Frenki de Yonq sarı vərəqə alsaydı, "Real"la oyun öncəsi cəzalı duruma düşəcəkdi.
Movistar+ telekanalının kameraları hakimin işi haqqında Messinin "Barselona" nümayəndəsi Karlesu söylədiyi epizod anını yayımlayıb. "Sarı vərəqə göstərmək üçün səbəb axtarır" - deyə Messi həmin vaxt klub nümayəndəsinə söyləyib.
Qeyd edək ki, aprelin 10-u keçiriləcək "El Klassiko" Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.