Kumandan Haaland açıqlaması

"Barselona"nın baş məşqçisi Ronald Kuman  klubun "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haalandla müqavilə imzalayacağı barədə məlumatı şərh edib.

Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Bu və növbəti mövsümlərlə bağlı klub prezidenti ilə görüşdük. Haalanda gəlincə, futbolçularımızdan danışmayacağam. Bir ulduz oyunçu ilə müqaviə imzalanıb-imzalanmayacağını da bilmirəm. Prezident klubun iqtisadi vəziyyətini bilir".

Qeyd edək ki, bundan əvvəl Haaland atası və agentinin "Barselona" nümayəndələri ilə görüşdüyü xəbərləri yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right