"Real"ın kapitanı Serxio Ramos karyerasını nə vaxt bitirəcəyindən danışıb.
Newsport.az AS-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi hələ bu barədə düşünmədiyini deyib:
"Beşinci dəfə Çempionlar Liqası qalibiyyətimi, dünya kubokunu, Olimpiadaları qazanmağı düşünürəm. Vaxt çatanda karyeramı bitirəcəyəm. Planım dünyanın ən yaxşı klubu "Real"ın tarixinin bir parçası olmaqdır. Bu gün karyeramı tezliklə bitirməyəcəyimi düşünürəm. Fiziki cəhtdən hələ güclüyəm. Çox rəqabət aparmaq və qazanmaq istəyirəm. Düşünürəm ki, həyat yoldaşım və övladlarım bu qərarın verilməsində həlledici rol oynayacaqlar".
Qeyd edək ki, Serxio Ramos "Sevilya"nın yetirməsidir. O, peşəkar karyerasına 2004-cü ildə məhz bu komandada başlayıb. İspaniyalı oyunçu 2005-ci ildə "Real"a transfer olunub.