İspaniya kubokunun qalibi müəyyənləşdi

İspaniya Kral kubokunda 2019/20 mövsümünün final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda “Atletik”lə “Real Sosyedad” komandaları üz-üzə gəlib. Qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Real Sosyedad" titula sahib olub.

San-Sebastyan təmsilçisi 34 il sonra bu uğura nail olub. “Real Sosyedad” tarixində 3-cü dəfə Kral kubokunu qazanıb.

Ötən mövsümün final qarşılaşması 2020-ci ildə keçirilməli idi. Lakin bu oyun da koronavirus pandemiyasına görə təxirə salınmışdı.

"Real Sosyedad" - "Atletik" - 1:0

Qol: Mikel Oyarsabal, 63 (pen.)

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right