Ronaldonun yerə atdığı kapitanlıq sarğısı satıldı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda yerə çırpdığı kapitan sarğısı xeyriyyə auksionunda satılıb.

Newsport.az xəbər verir ki, sarğı üçün 7,5 milyon Serbiya dolları (təqribən 63,7 min ABŞ dolları) ödənilib.
 
Satışdan əldə olunan vəsait onurğasında problem olan 6 aylıq serbiyalı körpənin müalicəsinə sərf olunacaq. Uşağın müalicə xərci isə ümumilikdə 2,5 milyon avro təşkil edir.

Xatırladaq ki, Serbiya - Portuqaliya matçında (2:2) Ronaldo təmiz qolu sayılmadığı üçün hakimə etiraz edərək, sarğını yerə çırpıb. Referi onu sərt etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Portuqaliyalı oyunçu isə matç bitməmiş meydançanı tərk edərək, paltardəyişmə otağına gedib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right