Xavi 6-cı dəfə ən yaxşı seçildi

Qətərdə çempionatında mart ayının ən yaxşı baş məşqçisi məlum olub.

Newsport.az xəbər verir ki, bu, “Əl Sədd”in çalışdırıcısı Xavidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssis bu mövsüm 6-cı dəfə ayın ən yaxşısı adına layiq görülüb.

Xavinin çalışdırdığı “Əl Sədd” Qətər çempionatının son qalibidir.

Qeyd edək ki, "Barselona"nın əfsanəvi futbolçularından olan Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında Kataloniya klubunda çıxış edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right