"Borussiya"dan Haaland açıqlaması

Dortmund "Borussiya"sının futbol direktoru Maykıl Zork futbolçusu Erling Haalandın klubdan ayrılıb-ayrılmayacağı barədə danışıb.

Newsport.az goal.com-a istinadən xəbər verir ki, o, 20 yaşlı hücumçunun meneceri ilə yeni müqavilə üçün görüşdüklərini deyib:

"Çərşənbə günü futbolçunun agenti Mina Rayola ilə görüşdüm. Niyyətimizi dəqiqləşdirdik. Erling ilə uzunmüddətli bir plan hazırlayırıq. Dedi-qodulara gəldikdə isə bu barədə danışmaq məcburiyyətində deyilik. Haalandın uzun müddət bizimlə qalacağını düşünürəm".

Qeyd edək ki, Haalandı "Mançester Siti", "Çelsi", "Real", "Mançester Yunayted" və "Barselona" heyətinə qatmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right