Dortmund "Borrusiya"sının futbolçusu Erlinq Haalandın atası Old-İnq və meneceri Mino Rayola "Barselona" nümayəndələri ilə görüşüb.
Newsport.az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb. Xəbərdə bu gün səhər klub prezidenti Joan Laportanın sürücüsünün Rayola və Old-İnqi Barselonada görüşə apardığı bildirilib. Məlumatda o da qeyd olunub ki, bu görüş "Barselona"nı 20 yaşlı hücumçunun transferində 1 addım önə keçirə bilər.
Qeyd edək ki, Haalandı heyətinə qatmaq üçün "Real", "Mançester Siti" kimi klublar da mübarizə aparır. Meneceri Rayola isə oyunçunun gələcəyi üçün "Borussiya" rəhbərliyi ilə danışıqlar apardıqlarını söyləmişdi.