İspaniyada Kosovo qalmaqalı

İspaniyanın Kosovonu dövlət kimi tanımaması DÇ-2022-nin seçmə mərhələsində qalmaqala səbəb olub.

Newsport.az xəbər verir ki, tərəflərin üz-üzə gəldiyi 3-cü turda İspaniya - Kosovo görüşünün (3:1) ölkədəki rəsmi yayımçısı olan kanal qonaq komandanın adını kiçik hərflə "kos" olaraq qeyd edib. Həmçinin eyni səhvə İspaniya Futbol Federasiyası da yol verib.

Qurum qarşılaşmadan əvvəl yayımladığı anonsda Kosovonın adını kiçik hərflərlə yazıb. Bundan əlavə, oyundan əvvəl keçirilən Kosovo millisinin baş məşqçisi Bernard Çalendesin iştirak etdiyi mətbuat konfransında ölkənin adı ilə bağlı qalmaqal baş verib. İspaniya mediası konfrans müddətində Kosovo adından istifadə etməyib. Yerli jurnalistlərdən biri "Komandanın baş məşqçisindən soruşuram" deyə istifadə etdiyi cümlə  texniki heyətin qəzəblənməsinə səbəb olub. Onlar belə cavab veriblər: "Hansı komandanın baş məşqçisi? Zəhmət olmasa, cavab verə bilərsiniz?".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right