Ulduz futbolçunun anası koronavirusdan vəfat etdi

Müqavilə ilə İngiltərə “Arsenal”ına məxsus olan, icarə əsasında İspaniya “Atletiko”sunda çıxış edən Lukas Torreyraya ağır itki üz verib.
 
Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin anası vəfat edib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Torreyranın anası 53 yaşında, koronavirusdan ölüb.
 
Torreyra ötən ilin noyabrında koronavirusa yoluxmuşdu. Yarımmüdafiəçi Uruqvay milli komandasının da üzvüdür.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right