"Borussiya"nın hücumçusu Erlinq Haaland yay transfer pəncərəsində Dortmund təmsilçisini tərk etməyi planlaşdırır.
Newsport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu klub rəhbərliyinə 2020/21 mövsümünün sonunda komandasını dəyişdirmək istədiyini bildirib.
Nəşrin yazdığına görə, "Real" norveçli oyunçunun transferi üçün mübarizədə favoritdir. Madrid təmsilçisi ilə yanaşı, onunla "Barselona", "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlanır.
Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarından "Borussiya"da oynayır. Onun müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.