Misir millisinin hücumçusu Məhəmməd Salahı Afrika Millətlər Kubokunun seçmə mərhələsində Komor adaları ilə 6-cı tur matçından (4: 0) sonra azarkeşlər mühasirəyə alıblar.
Newsport.az xəbər verir ki, final fitindən sonra bir qrup azarkeş meydançaya qaçıblar. Onlar 28 yaşlı futbolçu ilə selfi çəkdirmək üçün bu addımı atıblar. Azarkeşlərdən biri hətta oyunçunu öpməyə çalışıb. Salah ən inadkar azarkeşdən yayınaraq onlardan məsafələrini saxlamalarını istəyib.
Qeyd edək ki, 6 turdan sonra Misir millisi 12 xalla G qrupunda 1-ci pillədə qərarlaşıb.