“Gürcüstan oyundan oyuna inkişaf edir”

İspaniya millisinin baş məşqçisi Luis Enrike Gürcüstan yığmasına qarşı DÇ-2022-nin səfər oyununu şərh edib.

Newsport.az xəbər verir ki, o, 2:1 hesabı ilə çətin qələbə qazandıqları görüşdən sonra deyib:

“Bu, yunanlarla görüşə bənzəyirdi. Gürcüstan millisi yaxşı müdafiə olunurdu. Hiss edilir ki, komanda oyundan oyuna inkişaf edir. Onlar daha bir qol vura bilərdilər. Oyun keyfiyyətləri artır. Azarkeşləri rəqibi daha da casarətləndirdi. Biz oyun tərzimizi dəyişməyə çalışdıq və bu da nəticə verdi”.

Qeyd edək ki, Gürcüstan Xviça Kvaratsxeliyanın qolu sayəsində 44-cü dəqiqədə hesab açıb. 56-cı dəqiqədə isə ispanlar Fernan Torresin qolu ilə hesabı bərabərləşdirib, 90+3-cü dəqiqədə isə Daniel Olmo qələbə qolu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right