Puyol "Barselona"ya qayıdır

"Barselona"nın sabiq kapitanı Karles Puyol kluba qayıtmağa yaxındır.

Newsport.az TV3-ə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş müdafiəçi Kataloniya klubunda idman məsələlərinə toxunmayacaq. O, klub fondunda sosial layihələrlə məşğul olacaq.

Puyolun xeyriyyəçilik layihələrində də iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Puyol 1999-2014-cü illərdə "Barselona"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right