"Barselona" yayda heyətdə ciddi dəyişikliklər edəcək.
Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi qapıçı Netu, müdafiəçilər - Juan Firpo, Samuel Umtiti, yarımmüdafiəçilər - Miralem Pyaniç, Riki Puç, Karles Alenya, Filippe Koutinyo və Antuan Qrizmann ilə yollarını ayırmaq fikrindədir.
Qeyd edək ki, Kataloniya təmsilçisi hazırda La Liqada 28 turdan sonra 62 xalla ikinci pillədə qərarlaşıb.