"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşerlə müqaviləni yeniləmək niyyətindədir.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 48 yaşlı mütəxəssisin işindən razıdır və komandanın onunla inkişaf etdiyinə inanır.
Bildirilib ki, Sulşerin gələcəyi "Mançester Yunayted"in bu mövsüm kubok qazanıb-qazanmayacağından asılı deyil. Buna görə də "qırmızı şeytanlar" norveçli çalışdırıcının sözləşməsini uzatmağı planlaşdırır. Onun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 57 xalla 2-cidir.