Modriç rekordu təkrarladı

Xorvatiya millisinin futbolçusu Luka Modriç Dario Srnanın yığmadakı rekordunu təkrarlayıb.

Newsport.az Xorvatiya Futbol Federasiyasının "Tvitter" hesabına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi buna ötən gecə DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda keçirilən "Sloveniya" ilə matçda (0:1) nail olub. O, görüşdə iştirak etməklə yığmada çıxdığı oyunların sayını 134-ə çatdırıb. Beləliklə, Modriç bu göstəricidə Dariyo Srnanın rekordunu təkrarlayıb.

Qeyd edək ki, D.Srna 2002-2016-cı illərdə Xorvatiya yığmasında oynayıb. Modriç isə 2006-cı ildən millidə çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right