Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" yoxlama oyunu keçirib.
Newsport.az xəbər verir ki, ABŞ təmsilçisi bu ölkənin başqa komandası "Union Omaha" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Dadaşov start heyətdə meydana daxil olub və komandasının yeganə qolunu vurub. Bu, onun yeni mövsümdə ilk qolu olub.