"Barselona"nın futbolçusu Filipe Koutinyo əməliyyat olunub.
Newsport.az AS-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sol dizindəki kistaya görə ikinci dəfə əməliyyat olunub. Braziliyalı oyunçu yanvar ayında da cərrahi müdaxiləyə məruz qalmışdı.
Qeyd edək ki, Koutinyo bu mövsüm 14 matçda 3 qol vurub. O, əməliyyatlar səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.