"Zirə"nin futbolçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda 5-ci turunda səfərdə Ruanda ilə qarşılaşıb 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib.
Mozambik millisinin növbəti oyunu martın 30-da "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.
Qeyd edək ki, hazırda Mozambik millisi 4 xalla F qrupunda 3-cü yerdədir.