Messi Pelenin rekordunu təkrarladı

"Barselona"nın futbolçusu Lionel Messi üçün La Liqanın 28-ci turunun "Real Sosyedad"la oyunu (6:1) başqa bir nailiyyətlə də əlamətdar olub.

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytında məlumat yayıb.

Argentinalı hücumçunun sözügedən görüşdə ikinci qolu karyerasında 700-cü qol (rəsmi matçlarda 663, qeyri-rəsmi matçlarda 37 qol) olub.

Eyni zamanda, 33 yaşlı hücumçu İspaniya çempionatında 467-ci qolunu vurub. Bununla da o, əfsanəvi braziliyalı futbolçu Pelenin bir çempionatda qol sayı rekordunu təkrarlayıb. Beləliklə, hər iki oyunçu dünya liqalarının bombardirlər siyahısına başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right