"Tottenhem"in futbolçusu Harri Keyn Avropa Liqasının 1/8 finlalında Zaqreb "Dinamo"suna uduzduqları matçdan (0:3) danışıb.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı hücumçu ötən gecə "Aston Villa"ya qalib gəldikləri görüşdən (2:0) sonra danışıb. O, "Dinamo"ya məğlub olduqları qarşılaşmanı utancverici məğlubiyyət adlandırıb:
"Bizim üçün çox vacib idi. Son bir neçə oyunda yaxşı çıxış etmədik. Həftəiçi keçirilən oyunda uduzmağımız bizim üçün utancverici idi. Geri qayıtmalı olduğumuzu bildirdik. Milli komandalar üçün yaranan fasiləyə 3 məğlubiyyətlə girmək istəmirdik".
Qeyd edək ki, "Tottenhem" hazırda turnir cədvəlində 48 xalla 6-cıdır.