"Hələ də komanda üçün inkişaf yolu var"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın vəziyyəti haqqında danışıb.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis "topçular"da inkişaf yolu gördüyünü deyib:

"İnkişaf etmək üçün hələ də şansımız var. Bəzən bu,  oyuna nəzarət etməkdən asılı olur. Bəzən də intizamsızlıq mane olur. Ən yaxşı komandalara mübarizə aparmaq istəyiriksə, intizamsızlığın kökünü kəsməliyik. Mən oynayanda və məşq edəndə enerjimizi görürəm. İşçilərin, rəhbərliyin ümumilikdə hər kəsin prosesə necə yanaşdığını görürəm".

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 41 xalla 10-cudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right