"Real"ın sabiq futbolçusu Roberto Karlos Madrid təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la keçirəcəyi matçdan danışaraq, zarafat edib.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandaların 2018-ci ildə turnirin finalındakı matçını xatırlayıb. Karlos həmin görüşdə Ramosun Salaha ciddi xəsarət yetirdiyini yada salaraq, deyib:
"Bu dəfə Salah Ramosa heç yaxınlaşmayacaq. Çox müzakirə ediləcək bir epizod olacaq.
"Real" yaxşı bir komanda ilə oynayacaq. İlk matç Madriddə keçiriləcək. Hazırda "Real"ın forması daha yaxşıdır. Buna görə də oyunun taleyini elə ev matçında həll etməlidirlər. Bütün futbolçuların Zidanın sərəncamında olması, zədəlilərin isə yaxında qayıtması vacibdir".
Xatırladaq ki, 2018-ci ildə baş tutan maçtda Salah Ramosla toqquşaraq çiynindən ağır zədə almışdı. Həmin görüş "kral klubu"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, aprelin 6-da keçiriləcək "Real" - "Liverpul" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cavab görüşü isə aprelin 14-ü 23:00-da start götürəcək.