"Siti"dən rekord

"Mançester Siti" yeni rekorda imza atıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" buna İngiltərə kubokunun 1/4 finalında "Everton"a qalib gəlməklə (2:0) nail olublar. Bununla da komanda ardıcıl 17 səfər matçında uduzmayıb. Belə nəticə isə klub rekordu hesab edilir.

Pep Qvardiolanın kollektivi son dəfə ötən il martın 21-də "Tottenhem"lə səfər görüşündə məğlub olub.

Qeyd edək ki, "Mançester Siti" növbəti səfər oyununu aprelin 3-də "Lester"ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right