Laporta Haaland üçün hərəkətə keçdi

"Barselona"nın yeni prezidenti Joan Laporta Dortmund  "Borussiya"sının futbolçusu Erling Haalandın transferi üçün addım atıb.

Newsport.az "Sport.es"ə istinadən xəbər verir ki, o, 20 yaşlı hücumçunun menecerləri ilə danışıqlara başlayıb. Hazırda 58 yaşlı mütəxəssisin əsas hədəfi Haalandı bu yay Kataloniya klubuna gətirməkdir.

Daha əvvəl "Barselona"nın norveçli oyunçunu transfer etmək üçün Filipe Koutinyo, Samuel Umititi, Martin Braytvayt, Cunior Firpo, Antuan Qrizmann və Usman Dembeleni satmağa hazır olduğu bildirilmişdi.

Qeyd edək ki, Haalandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right