"Qəbələ"nin sabiq məşqçisi baş məşqçi oldu

"Qəbələ"nin sabiq məşqçisi Yuri Baturenkonun yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Rusiya "Rotor"unu çalışdıracaq. Bu barədə Volqoqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, Baturenko 2013/14-cü illərdə "Qəbələ"də köməkçi məşqçi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right