Aquero "Çelsi"də?

"Mançester Siti"nin futbolçusu Serxio Aquero karyerasını "Çelsi"də davam etdirə bilər.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" 32 yaşlı hücumçu ilə yaxından maraqlanır. Əgər Aquero "şəhərlilər"lə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək üçün razılaşmasa, London təmsilçisi onu transfer etmək üçün hərəkətə keçəcək.

Aegentinalı oyunçunu "Barselona" da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Aquero "Mançester Siti"yə 2011-ci ildə "Atletiko"dan keçib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right