Üç serb futbolçu millimizlə oyunu buraxa bilər

Serbiya yığmasının 3 futbolçusu DÇ-2022-nin seçmə mərhələsində millimizlə oyunu buraxa bilər.

Newsport.az "Alo.rs" saytına istinadən xəbər verir ki, bunlar Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç, "Strasburq"dan müdafiəçi Stefan Mitroviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçdir.

Bildirilib ki, Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər səbəbindən sözügedən futbolçular millimizə görüşə buraxa bilər. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, onlar klublarının iki oyununu buraxmalı olacaqlar. Futbolçuların bu problemi yaşamaması üçün Serbiya yığmasının ilk iki matçında iştirakdan sonra Bakıya gələn heyətdən çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right