Yaşıl meydanlarda növbəti ölüm hadisəsi bu dəfə Argentinada yaşanıb.
Newsport.az-ın məlumatına görə, bu ölkənin C liqasında mübarizə aparan "San Martin de Burzako"nun futbolçusu Emanuel Orteqa dünyasını dəyişib.
"Yuventud Unida"la oyunda rəqibi ilə ikili mübarizədə yerdə qalan 21 yaşlı futbolçu xəstəxanaya çatdırılıb. Başı meydançanın ənarında olan beton hasara çırpılan futbolçu xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Gənc futbolçu 11 gün sonra vəfat edib.