Serxio Aqueronun yeni ünvanı: "Barselona"

"Barselona" yeni mövsümün transfer fəaliyyətinə başlayıb.

 

Newsport.az xəbər verir ki, katalonların yeni prezidenti Xoan Laporta "Mançester Siti"nin hücumçusu Serxio Aqueronu komandaya gətirmək üçün göstəriş verib.

 

"Şəhərlilər"lə mövsümün sonunda müqaviləsi bitəcək argentinalı hücumçu La Liqa nəhənginə keçməyə müsbət yanaşır. 32 yaşlı hücumçunun "Barselona" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

 

Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right