Qvardiola Mourinyonu geridə qoydu

Çempionlar Liqasının 1/8 finalında Münhenqladbax "Borussiya"sı ilə matç (2:0) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin komandası bütün turnirlərdə bu mövsüm 100-cü qolunu vurub. Beləliklə, Qvardiolanın 2008/09-cu illərdən bəri  çalışdırdığı komandalar hər mövsüm 100 qol həddinə çatmağı bacarıb.

Həmçinin o, "Tottenhem"in baş məşqçisi Joze Mourinyonu geridə qoyaraq, Çempionlar Liqası oyunlarında ən çox  qalib gələn çalışdırıcılar sırasında 4-cü yerə yüksəlib. Bu göstəricidə lider Aleks Ferqüssondur (102), Karlo Ançelotti 2-ci (89), Arsen Venger isə (86) 3-cüdür.
 
Qeyd edək ki, "Mançester Siti" turnirin 1/4 finalına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right