İbrahimoviç yenidən İsveç millisində

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç millisinə çağırılıb.

Newsport.az İsveç Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan və Kosovo, eyni zamanda Estoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunan oyunçular sırasında yer alıb.

Qeyd edək ki, İbrahimoviç 2001-2016-cı illərdə İsveç millisində çıxış edib. O, bu müddətdə 116 oyunda 62 qol vuraraq komandanın ən yaxşı bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right