"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messidən danışıb.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis 33 yaşlı hücumçunun Kataloniya klubu üçün vacibliyini vurğulayıb:
"Düşünürəm ki, Messi ən yaxşı olduğunu göstərdi. "Hueska" ilə oyunda ilk qolu fantastik idi. O, bu komandada vacib rola layiqdir. Messi haqqında əlavə nə isə demək lazım deyil. O, uzun illər bu cür səviyyəni nümayiş etdirib və bir çox matçda göstərib. Messi "Barselona" tarixinin ən vacib insanıdır. Xoşbəktlikdən o, hələ də yanımızdadır".
Qeyd edək ki, Messi ötən gecə "Hueska" ilə görüşdə dubl etməlıə La Liqanın ardıcıl 13 mövsümündə 20 qol həddinə çatan yeganə futbolçu olub. Həmçinin argentinalı oyunçu komandanın heyətində 767-ci rəsmi qarşılaşmasına çıxaraq, Xavinin klub rekordunu təkrarlayıb.