"Tottenhem"lə oyuna günlər qalmış həbs olundu və istefa verdi

"Dinamo"nun (Zaqreb) baş məşqçisi Zoran Mamiç 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, o, korrupsiyaya görə həbs cəzası alıb. Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 15 milyon avro mənimsədiyi üçün 6,5 il həbs cəzası verilib.

Qərar çıxarıldıqdan sonra Zoran Mamiç Zaqreb təmsilçisindən ayrıldığını açıqlayıb: “Əvvəllər də söylədiyim kimi özümü günahkar hesab etmirəm. Bu qərar qətidirsə, o zaman baş məşqçi vəzifəsini tərk edirəm".

"Dinamo"nun idarə heyəti Mamiçin istefasını qəbul edib. Damir Krznar klubun yeni məşqçisi təyin olunub.

Qeyd edək ki, hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.

Əlavə edək ki, "Dinamo" Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində martın 18-i "Tottenhem"lə qarşılaşacaq. Bu komandalar arasında ilk görüşdə İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right